Əzəli rəqibi birinciliyi Qarabağ dan aldı Siyahıda olanlar

18.12.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasında klubların ötən mövsüm futbolçulara ödədiyi əməkhaqları açıqlanıb. Siyahıya 18 milyon 287 min 111 manat göstərici ilə “Neftçi” başçılıq edir. Klubu “Qarabağ” (13 milyon 878 min 800 manat) və “Sabah” (8 milyon 911 min 200 manat) izləyir. Ən aşağı maaş büdcəsinə malik klublar sırasında isə “Şamaxı” (1 milyon 4 min 300 manat) və “Kəpəz” (1 milyon 754 min 700 manat) yer alır. Qeyd olunur ki, futbolçulara ən yüksək əməkhaqqı ödəyən klub olan “Neftçi”nin mövsüm ərzindəki performansı bu rəqəmlərlə uyğunlaşmır. Bu isə futbol ictimaiyyətində ciddi tənqidlərə səbəb olub.

Açıqlanan rəqəmlər reallığı əks etdirirmi?

Globalinfo.az-a danışan idman jurnalisti Elçin Cəlilov deyib ki, müasir futbol maliyyədən asılıdır.

Onun sözlərinə görə, uğur əldə etmək istəyən klub buna uyğun vəsait də xərcləməlidir:

“Lakin həmişə pul və uğur düz mütənasib olmur. Bu, iki halda baş verir. Birincisi, uğura gedən yol zaman tələb edir. İkincisi isə zaman keçməsinə baxmayaraq nəticə əldə olunmur. Çünki proseslər düzgün qurulmayıb. “Neftçi”də daha çox ikinci variant müşahidə olunur. Sistem yanlışdır. Bu halda nə qədər maliyyə xərclənsə də, futbol bu pulları “udacaq”, əvəzində isə heç nə qaytarmayacaq. Mövcud vəziyyətdən çıxış yolu klubda ciddi idarəetmə islahatlarının aparılmasından keçir”.

Elçin Cəlilov

Jurnalistin fikrincə, əsas komandasına aşağı maaş büdcəsi ayıran klublar da əlavə dəyər yarada və dayanıqlı struktur formalaşdıra bilmirlər:

“Dövlət dotasiyası hesabına fəaliyyət göstərən bu klubların heç biri öz büdcəsini müstəqil şəkildə artıra bilmir. Yalnız “Qarabağ” avrokuboklardakı uğurlu çıxışları sayəsində son illərdə büdcəsini formalaşdırmaqla yanaşı, əlavə gəlir də əldə edir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью