Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Səudiyyə Ərəbistanında İtaliya Super Kuboku çərçivəsində “İnter” və “Milan” klubları arasında final görüşü keçiriləcək.
Axar.az xəbər verir ki, oyun 26 min azarkeş tutumu olan Ər-Riyaddakı “Kinqdom Arena”da Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
Finalda qalib gələn klub 8 milyon, ikinci yeri tutan klub isə 5 milyon avro qazanacaq.