Əzəli rəqiblər yenidən üzüzə gəliblər

29.11.2024

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Ötən gün “Real Madrid” və “Barselona”nın əfsanə futbolçuları yenidən üz-üzə gəliblər.

Apasport.az xəbər verir ki, veteran oyunçuların görüşündə əsas hissə 2:2 nəticələnsə də, kataloniyalılar penaltilər seriyasında 4:2 hesabla qələbə qazanıblar.

Qarşılaşmada “Barselona”nın qollarını Xuan Pablo Sorin, Ronaldinyo, “kral klubu"nda isə Luiz Fiqo və Edvin Konqo vurub.

Görüşdə Patrik Kulivert, Klarens Sidorf, Rivaldo, Rikardo Quareşma və bir çox veteran futbolçu iştirak edib.

Qeyd edək ki, qarşılaşma Qətərin paytaxtı Doha şəhərinin “Beynəlxalq Xəlifə Stadion”unda keçirilib.

Zidan Fransa klubuna rəhbərlik edə bilər ÇL: Həftənin oyunçusu məlum oldu “Siti”dən daha bir antirekord “Beşiktaş”ın yeni transfer hədəfi Frenk Lempard bu komandanın baş məşqçisi oldu - Rəsmi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью