Əzəmət Xasenov yüksək vəzifəyə təyin olundu

05.10.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Əzəmət Xasenovu Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini və Respublika Xüsusi Təyinatlı Qüvvələrinin komandanı təyin edib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl bu vəzifəni hazırda müdafiə nazirinin birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində çalışan Aytkurman Ömərbəyov tutub.

Tokayev oktyabrın 3-də Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kanış Abubakirovu, Hərbi Dəniz Qüvvələrinin baş komandanı Kanat Niyazbəyovu və müdafiə nazirinin müavini Almaz Cumakeyevi vəzifələrindən azad edib.

Kadr dəyişiklikləri Xəzər dənizində keçirilən təlimlər zamanı 14 hərbçinin həlak olması fonunda baş verib.

Bundan əvvəl müdafiə naziri Dauren Kosanov da vəzifəsindən azad edilib. Onun yerinə daha əvvəl Qazaxıstanın Dövlət Mühafizə Xidmətində xidmət etmiş Aydos Mırzaxmetov təyin olunub.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью