Ezgi Moladan gündəm olan görüntülərə açıqlama: Ayıbdır FOTOLAR

24.08.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Türk aktrisa Ezgi Molanın gecə klubunda gənc bir kişi ilə rəqs etdiyi köhnə görüntülər sosial şəbəkələrdə yenidən gündəmə gəlib. 
Demokrat.az x
əbər verir ki, məşhur aktrisa videonun illər əvvəl çəkildiyini bildirərək görüntülərlə bağlı edilən şərhlərə reaksiya göstərib.
Ezgi Molanın gecə klubunda gənc kişi ilə əyləndiyi görüntülər sosial şəbəkələrdə “43 yaşlı Ezgi Mola 20 yaşlarında gənclə görüntüləndi” ifadələri ilə paylaşılıb. Videonun qısa müddətdə geniş yayılmasından sonra aktrisa sosial media hesabında açıqlama verib.
Mola görüntülərin yeni olmadığını və pandemiyadan əvvəl çəkildiyini bildirib. O, həmin gecə dostları ilə birlikdə əyləndiklərini, videonun da məhz özləri tərəfindən çəkildiyini qeyd edib.
Ezgi Mola görüntülərin gizli şəkildə çəkilmiş kimi təqdim edilməsinə də etiraz edib. Aktrisa videonun əyləncə zamanı çəkilən qısa bir görüntü olduğunu və həmin vaxt mahnıya qoşularaq rəqs etdiyini bildirib.
28 ildir sektorda fəaliyyət göstərdiyini xatırladan Mola haqqında yazılan şərhlərə sərt reaksiya verib: "Kiminsə canını yandırmamışam. Ayıbdır".
Məşhur aktrisanın açıqlaması qısa müddətdə sosial şəbəkələrdə yenidən müzakirə mövzusuna çevrilib.

Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью