Ezgi Molanın evini bomjlar zəbt etdi

09.05.2025

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyəli aktrisa Ezgi Molanın İspaniyanın Barselona şəhərində aldığı evi “bomj”lar tərəfindən zəbt edilib.

Axşam.az xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Bildirilib ki, Ezgi Mola 2023-cü ildə Barselonanın sıx yaşayış bölgələrindən biri olan El Bornda ev alıb. 

Ezginin vaxtaşırı evinə nəzarət edən Barselonadakı rəfiqəsi sonuncu dəfə ora gedəndə evdə birinin yaşadığını görüb.

Məlum olub ki, “bomj”lar aktrisanın evinin bir müddətdir boş qalmasından istifadə edərək zəbt edib.

Molanın İspaniyadakı evinin satış qiyməti açıqlanmasa da, bölgədəki mənzil qiymətlərinin 700 min avrodan (1 milyon 350 min manat) başladığı bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью