Əziz Orucovun ittihamı YÜNGÜLLƏŞDİRİLDİ | Icma.az
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucova verilmiş ittiham yüngülləşdirilib.
Redaktor.az xəbər verir ki, ibtidai istintaqın sonunda ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamı ləğv edilib.
Onun üzərində yalnız 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) ittihamı saxlanılıb.
Həmin maddənin sanksiyasında 3 ilə kimi həbs və ya azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulur.
Kanal rəhbərinin ağır ittihamı götürüldüyü üçün onun işi Səbail Rayon Məhkəməsinə göndərilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu