Əziz Orucovun ittihamı yüngülləşdirildi

13.12.2024

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucova verilmiş ittiham yüngülləşdirilib.

“Qafqazinfo”nun məlumatına görə, ibtidai istintaqın sonunda ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamı ləğv edilib.

Onun üzərində yalnız 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) ittihamı saxlanılıb. Həmin maddənin sanksiyasında 3 ilə kimi həbs və ya azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulur.

Kanal rəhbərinin ağır ittihamı götürüldüyü üçün onun işi Səbail Rayon Məhkəməsinə göndərilib.

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью