Əziz və dəyərli Gülşən xanım!

20.10.2026

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün sənin doğum günündür - ailəmizin, qohumlarımızın həyatına xüsusi bir istilik, nur və sevinc qatan gözəl qızım!

Gülşən adı özlüyündə bir gülüstan, bir çiçəklik deməkdir. Sən həqiqətən də varlığınla, şirin dilinlə, səmimiyyətinlə və böyük qəlbinlə doğmalarının ətrafında həmişə bahar əhval-ruhiyyəsi yaradırsan.

Səni doğum günü münasibətilə bütün qohumların adından dərindən və səmimi qəlbdən təbrik edirik!

Sənə ilk növbədə möhkəm cansağlığı, bitib-tükənməyən qəlb rahatlığı, uzun və bərəkətli ömür arzulayırıq. Qoy addımladığın hər bir yol uğura, açdığın hər bir səhər yeni bir sevinclə, arzularının gerçəkləşməsi ilə açılsın. Süfrəndən ruzi-bərəkət, evindən xoşbəxtlik, gülüş və hüzur heç vaxt əskik olmasın.

Həyatında hər zaman səni sevən, dəyərini bilən doğmalarınla birgə xoş günlər, toy-büsatlı məclislər yaşamağı arzu edirik. Yaxşı ki varsan, yaxşı ki bizim əzizimizsən!

Qaynatan Rəfail müəllim, həyat yoldaşın İsmayıl, nənən Gülər müəllimə, nənən Sənubər xanım, atan Elçin, anan Lamiyə, qardaşın Elşən, əmilərin, dayıların və baban Məmmədhəsən müəllim səni xüsusi olaraq təbrik edirlər.

Doğum günün mübarək olsun, Gülşən!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью