Əziz Yıldırım: “Bütün İstanbulu buraya yığaram” VİDEO

23.11.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Türkiyənin tanınmış futbol simalarından olan, “Fənərbağça” klubunun sabiq prezidenti Əziz Yıldırım yol hərəkəti zamanı qarşısına çıxan bələdiyyə nəqliyyat vasitəsinin sürücüsü ilə gərginlik yaşayıb.

İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Yıldırım əks istiqamətdən gələn sürücüyə, “bax, geri getməsən, bütün İstanbulu buraya yığaram. Belə tərbiyəsizlik olar”, - deyə etiraz edib.

Mübahisə zamanı sürücünün, “burada geri manevr etdim, məcbur qaldım” sözlərinə qarşılıq Yıldırımın reaksiyası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью