Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcısında təlim uçuşu zamanı texniki nasazlıq yaranıb.
Redaktor.az xəbər verir ki, təlim uçuşu həyata keçirən "F-16" qırıcısında yaranan nasazlıqdan sonra pilot təyyarəni İon dənizində yerləşən Zakintos adasındakı hava limanına endirmək qərarına gəlib.
Bildirilib ki, Yunanıstanın dövlət televiziyası ERT-nin məlumatına əsasən, təyyarədə baş verən yanğın pilotun təcili eniş etməsinə səbəb olub.
Qeyd olunub ki, hərbi qurumun açıqlamasına görə, pilotun səhhəti qənaətbəxşdir və o, təhlükəsiz şəkildə təyyarədən çıxarılıb.
Aminə ŞAHSUVARQIZI