F 35 döyüş təyyarəsi Kaliforniyada qəzaya uğradı, pilot sağ qaldı

31.07.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin Kaliforniya ştatında donanmaya məxsus F-35 döyüş təyyarəsi qəzaya uğrayıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, pilot fırlatma sistemi ilə sağ-salamat təyyarədən çıxaraq xilas olub.

Qəza Kaliforniyadakı Limuır Donanma Hava Bazası yaxınlığında baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu il yanvarda isə Alyaska ştatında başqa bir F-35 təyyarəsi qəzaya uğramışdı, pilot təhlükəsizliyi təmin edilmişdi.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью