F 35 hissələri səhvən Honkonqa getdi: Avstraliya təsdiqlədi

22.09.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avstraliyanın müdafiə naziri Riçard Marles ABŞ istehsalı F-35 qırıcılarına aid bəzi ehtiyat hissələrinin səhvən Çinin Honkonq Xüsusi İnzibati Bölgəsinə göndərildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Marles “Politico”nun F-35 hissələrinin Avstraliyadan səhvən Honkonqa göndərilməsi ilə bağlı məlumatına münasibət bildirib.

Nazir hadisədən xəbərdar olduqlarını və ABŞ, eləcə də F-35 qırıcılarının istehsalçısı “Lockheed Martin” tərəfindən aparılan araşdırmanı dəstəklədiklərini deyib.

Marles bildirib ki, hadisə Avstraliya tərəfindən də hərtərəfli araşdırılıb və göndərilən hissələrdə həssas texnologiyanın olmadığı barədə təminat alınıb.

“Başa düşdüyüm qədəri ilə, söhbət həssas avadanlıq və ya hissələrdən getmir”, - deyə, Marles qeyd edib.

Avstraliya F-35 proqramı çərçivəsində ehtiyat hissələrini paylaşan yeddi ölkədən biridir və ölkənin 72 ədəd F-35 qırıcısı var.

AYtən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью