F 35 lə bağlı danışıqlar başlayıb... Ərdoğan

26.06.2025

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Türkiyə beşinci nəsil F-35 qırıcı proqramına qayıtması ilə bağlı tərəfdaşları ilə danışıqlar aparır.

Bakupost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz F-35-dən imtina etməmişik. Layihəyə qayıtmaq niyyətimizi həmsöhbətlərimizlə müzakirə edirik. F-35 proqramı texniki olduğu qədər də siyasi prosesdir. Türkiyə haqsız yerə proqramdan kənarlaşdırıldı. Müttəfiqlik ruhu ilə bir araya sığmayan bu addımı biz həmişə tənqid etmişik”, - Ərdoğan bildirib.

Onun sözlərinə görə, bu məsələni ABŞ Prezidenti Donald Trampla da müzakirə edib.

“Texniki səviyyədə danışıqlar başlayıb. Ümid edirəm ki, irəliləyiş əldə edə bilərik”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью