Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ kəşfiyyat rəsmiləri Çinin Səudiyyə Ərəbistanına planlaşdırılan F-35 qırıcılarının satışı nəticəsində ABŞ-ın hərbi texnologiyalarına çıxış əldə edə biləcəyini iddia ediblər.
Turkustan.az xəbər verir ki, “New York Times” qəzeti adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yazıb ki, kəşfiyyat orqanları Səudiyyə Ərəbistanına F-35 satışının yarada biləcəyi təhlükəsizlik riskləri ilə bağlı müxtəlif qiymətləndirmələr hazırlayıb.
ABŞ rəsmilərinin sözlərinə görə, kəşfiyyat analitikləri Çinin Səudiyyə Ərəbistanında casusluq fəaliyyəti aparmaq və ya ölkə ilə hərbi və təhlükəsizlik əməkdaşlığından istifadə etməklə F-35 texnologiyasına çıxış əldə edə biləcəyini qiymətləndiriblər.
Pentaqonun agentliyi olan Müdafiə Kəşfiyyat Agentliyinin (DIA) hazırladığı hesabatda Çin ordusunun Səudiyyə Ərəbistanındakı hərbi bazalara mümkün çıxışı və ölkənin telekommunikasiya infrastrukturunda Çin texnologiyalarından istifadə məsələləri də nəzərdən keçirilib.
AytƏN Yaşar/ Turkustan.az