“F 35”lər həmin raketlərlə təchiz olunacaq

18.09.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin “Lockheed Martin” şirkətinin istehsalı olan beşinci nəsil “F-35” qırıcı təyyarələri İsrailin “Rafael Advanced Defense Systems” şirkətinə məxsus “SPICE 1000” aviabombaları ilə təchiz olunacaq.

“Qafqazinfo” “Defense News” portalına istinadla xəbər verir ki, bu barədə məlumatı “Rafael” şirkəti yayıb.

Şirkətin bildirdiyinə görə, bombaların qırıcı tərkibində işlənilməsi və sınaqları bir neçə ay ərzində başa çatmalıdır, bundan sonra döyüş sursatı İsrailin “F-35” təyyarələrində rəsmi olaraq əməliyyat istifadəsinə buraxılacaq.

Portal qeyd edir ki, “SPICE 1000” texnologiyası 1000 funt (təxminən 450 kiloqram) çəkisi olan ümumi təyinatlı və nüfuzetmə qabiliyyətli döyüş başlığını yüksək dəqiqlikli sursatlara çevirir. Korpusundakı süzən qanadlar sayəsində bu bombaları 75 mil (təxminən 121 kilometr) məsafədən hədəfə atmaq mümkündür.

Nəşr xatırladır ki, uzun illər ərzində “SPICE 1000” bombaları İsrailin “F-15” və “F-16” qırıcılarında əsas döyüş sursatı kimi istifadə olunub, o cümlədən son vaxtlar ABŞ ilə birgə İrana qarşı keçirilən hərbi kampaniyada tətbiq edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью