Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"McLaren" komandasının britaniyalı pilotu Lando Norris Monako Qran Prisinin qalibi olub.
Apasport.az xəbər verir ki, "Ferrari"nin Monakodan olan pilotu Çarlz Lekler ikinci, mövsümün lideri - avstraliyalı Oskar Piastri ("McLaren") isə bu dəfə üçüncü yeri tutub.
Norris bu mövsüm ikinci qələbəsini qazanıb: o, 2025-ci ilin ilk yarışı olan Avstraliya Qran Prisinin qalibi olub.
Mövsümün 8 mərhələsindən sonra Piastri 161 xalla birinci, Norris 158 xalla ikinci, niderlandlı Maks Ferstappen isə 136 xalla üçüncüdür.
Konstruktorların çempionatında "McLaren" 279 xalla liderdir. "Mercedes" 147 xalla ikincidir, ilk "üçlüy"ü isə 131xalla "Red Bull" tamamlayır.
Ölkə birinciliyinin qalibləri müəyyənləşib - FOTO Xəzər İsayev Avropa Ədalətli Oyunlar Hərəkatına üzv seçilib Təmsilçimiz Astanada bürünc medal qazanıb MDB Oyunlarının ilkin yarış cədvəli müəyyənləşib Təmsilçimiz Dünya Kubokunda gümüş medal qazanıb