Icma.az, Milli.az portalına istinadən məlumat verir.
"Alpin" komandasının pilotu Franko Kolapinto Azərbaycan Qran-prisi öncəsi gözləntilərini açıqlayıb.
Milli.Az xəbər verir ki, argentinalı pilot Fransa təmsilçisinin mətbuat xidmətinə açıqlamasında Bakıdakı yarışla bağlı fikirlərini bölüşüb.
Kolapinto Azərbaycan paytaxtına qayıtmaqdan məmnun olduğunu bildirib. O, komandasının Bakıda rəqabətədavamlı çıxış edəcəyinə ümid etdiyini söyləyib.
"Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, burada həftəsonunu yenidən rəqabətədavamlı səviyyədə keçirə biləcəyik. Son illərdə Bakıda tez-tez maraqlı yarışlar keçirilir", - deyə pilot qeyd edib.
Franko Kolapinto əsas hədəflərinin əldə etdikləri imkanlardan maksimum yararlanmaq və yarışın sonunda ilk "onluq"da yer almaq olduğunu vurğulayıb. Onun sözlərinə görə, komanda bununla yanaşı, Konstruktorlar Kubokunda rəqiblərlə aradakı xal fərqini də azaltmağa çalışacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.
Müəllif: Tural Hüseyn