F1: Qətər Qran prisində qalib bəlli oldu

29.11.2025

Icma.az bildirir, Lent az portalına istinadən.

"McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri "Formula-1" dünya çempionatının 23-cü mərhələsində - Qətər Qran-prisində sprint yarışının qalibi olub.

Lent.az xəbər verir ki, ikinci yeri "Mercedes"dən britaniyalı Corc Rassel tutub. Üçüncü yeri isə Piastrinin komanda yoldaşı, britaniyalı Lando Norris qazanıb.

Daha sonra əsas yarış üçün təsnifat mərhələsi keçiriləcək. Mərhələ proqramı bazar günü yarışla başa çatacaq. Start Bakı vaxtı ilə saat 20:00-a təyin olunub.

Sprint yarışından sonra turnir cədvəlinə Norris (396 xal) liderlik edir, ikinci yerdə Piastri (374), üçüncü yerdə isə Ferstappen (371) qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью