Faberlic müştəriləri belə aldadırmış Şikayətlər çoxalır (VİDEO)

19.03.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Sosial şəbəkədə "Faberlic" şirkətindən şikayətlər çoxalıb. 

"Unikal" xəbər verir ki, şirkətin məhsullarından istifadə edən şəxslər "Faberlic"in onları aldatdığını bildiriblər. 

Paylaşılan videolardan görünür ki, məhsullar həqiqətən də üzərinə yeni üzlük çəkilməklə dəyişdirilib. Maraqlısı isə odur ki, bu addım fərqli məhsullar üzərində edilib. Belə ki, ayaq kremi kimi satılan məhsulun əslində əl üçün gel olduğu məlum olub. 

İstifadəçilər bunun təhlükəli olduğunu bildirib. Onlar həmçinin şirkətin bir çox hallarda vaxtı keçmiş məhsullarını yeni üzlüklə satdığını da iddia ediblər. 

Ağarza Elçinoğlu 


View this post on Instagram

A post shared by Unikal.az Xəbər Portalı (@unikal_xeberler)


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью