Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Fabreqas A Seriyasının ən yaxşı məşqçisi seçildi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
“Komo”nun baş məşqçisi Sesk Fabreqas 2025/2026 mövsümündə A Seriyasının ən yaxşı məşqçisi seçilib.
QOL.az xəbər verir ki, 39 yaşlı ispaniyalı mütəxəssis bu mükafata İtaliya Futbolçular Assosiasiyasının (AIC) versiyasına əsasən layiq görülüb. Laureatlar futbolçular arasında keçirilən səsvermə ilə müəyyənləşib. Mükafatlandırma mərasimi ötən gün Milanda “La Skala” teatrında baş tutub.
Fabreqas 2024-cü ildən “Komo”ya rəhbərlik edir. Komanda ötən mövsüm 71 xal toplayaraq turnir cədvəlində 4-cü yeri tutub və tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.