Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İtaliyanın "Komo" klubunun baş məşqçisi Sesk Fabreqas gələcəkdə "Barselona"nın yeni çalışdırıcısı ola bilər.
İdman.Biz xəbər verir ki, bu barədə “The Touchline” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, "Barselona" rəhbərliyi ispan mütəxəssisin A Seriyasında gördüyü işi yüksək qiymətləndirir. Bu səbəbdən Fabreqas Hans-Diter Flikin komandadan ayrılacağı halda onu əvəzləyə biləcək potensial namizədlər siyahısına daxil edilib.
Qeyd edək ki, 2024-cü ildən etibarən "Barselona"nın baş məşqçisi 60 yaşlı Hans-Diter Flikdir. İspaniya çempionatında 22 turdan sonra komanda 55 xal toplayaraq turnir cədvəlinə liderlik edir.