Fabreqas: “Komanda xal itirəndə yata bilmirəm”

14.08.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Komo”nun baş məşqçisi Sesk Fabreqas İtaliya A Seriyasında “Fiorentina”ya qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Komandamız böyüyür. Son 7-8 oyundakı çıxışımızdan razıyam. Komanda xal itirəndə yata bilmirəm, təhlillər aparır, səhvləri araşdırıram. Cəsur komandayıq. Bu, məşqçi kimi məni məmnun edir. Bəzən yaxşı oynasan da, nəticə qazana bilmirsən. Amma oyunumuz ümid verir”.

“Komo” 25 turdan sonra 25 xalla 13-cü sıradadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью