Fabreqas: “Komanda xal itirəndə yata bilmirəm”

17.02.2025

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Komo"nun baş məşqçisi Sesk Fabreqas İtaliya A Seriyasında "Fiorentina"ya qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis 2:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

"Komandamız böyüyür. Son 7-8 oyundakı çıxışımızdan razıyam. Komanda xal itirəndə yata bilmirəm, təhlillər aparır, səhvləri araşdırıram. Cəsur komandayıq. Bu, məşqçi kimi məni məmnun edir. Bəzən yaxşı oynasan da, nəticə qazana bilmirsən. Amma oyunumuz ümid verir".

"Komo" 25 turdan sonra 25 xalla 13-cü sıradadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью