Fabreqas “Komo”nun uğurunun sirrini açıqladı

05.10.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliyanın “Komo” futbol komandasının baş məşqçisi Sesk Fabreqas klubun hazırkı inkişafını yüksək qiymətləndirib.

İdman.Biz “SportMediaset”ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Trento şəhərində keçirilən “Festival dello Sport” tədbirində “Komo”nun layihəsi və oyun fəlsəfəsi barədə danışıb.

Fabreqas bildirib ki, klubun layihəsi ona ilk gündən səmimi yanaşması ilə təsir edib:

“Komo” mənə layihəni təqdim edəndə səmimiyyətləri diqqətimi çəkdi. Bu gün yaşadıqlarımız həm futbol, həm də şəhər üçün çox gözəl hekayədir. Klub inkişaf edir, doğru yoldadır və bu istiqamətdə davam etmək lazımdır”.

Baş məşqçi komandasının oyun üslubunda əsas məqamın öz kimliyini qorumaq olduğunu vurğulayıb:

“Yaxşı futbolu müxtəlif formalarda oynamaq mümkündür. Fərqi necə oynamağınız yaradır. Biz təşəbbüskar və inamlı futbol oynayırıq. Qələbə vacibdir, amma mən hər oyundan əvvəl özümə soruşuram: uduzmalı olsaq, necə uduzmaq istəyirik? Komandanı öz kimliyimiz əsasında hazırlayıram. Əgər rəqib bizdən daha yaxşıdırsa, onu alqışlayaram”.

Fabreqas “Komo”nun heyətində italiyalı futbolçuların sayının az olması ilə bağlı tənqidlərə də münasibət bildirib. Onun sözlərinə görə, bir klub və məşqçilər heyəti yalnız bir mövsüm əsasında qiymətləndirilməməlidir. O, komandanın A Seriyasına yüksəldiyi dövrdə heyətin 95 faizinin italiyalı futbolçulardan ibarət olduğunu xatırladıb.

Mütəxəssis həmçinin klubun gənclər sistemində italiyalı futbolçuların inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью