Fabreqas “Mançester Yunayted”dən onu istəyir

03.10.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

İtaliyanın “Komo” klubu qış transfer dönəmində heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, A Seriyası təmsilçisi “Mançester Yunayted”dən Coşua Zirkzeni transfer etmək niyyətindədir. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

“Komo”nun baş məşqçisi Sesk Fabreqas rəhbərlikdən Zirkzenin transferini istəyib.

Klub A Seriyasında 5 turdan sonra 8 xalla 8-ci sıradadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью