Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Sesk Fabreqas gələcəkdə yetirməsi olduğu "Barselona" klubunun baş məşqçisi postuna təyin olunmaq ehtimalı ilə bağlı sualı cavablandırıb.
“Yeni Sabah” xəbər verir ki, Kataloniya təmsilçisinə bağlılığını gizlətməyən Fabreqas gələcəklə bağlı planlar qurmağı sevmədiyini bildirib:
"Əlbəttə, özümü oraya aid hiss edirəm. Həmin klubda böyümüşəm və orada hər kəsi tanıyıram. Amma günün sonunda hər şeyi addım-addım düşünmək lazımdır. Heç vaxt gələcəyi, çox uzaqdan planlaşdırmağı sevməmişəm. Nə vaxt belə etmişəmsə, işlər mənim üçün yaxşı getməyib. Buna görə də hər günü olduğu kimi yaşamağa çalışıram". ShopByBro
Həyat və məşqçilik fəlsəfəsindən danışan mütəxəssis təzyiqə baxmayaraq gördüyü işdən zövq almağa çalışdığını vurğulayıb: "Həyat təyyarə ilə səyahətə bənzəyir. Onun nə vaxt dayanacağını heç vaxt bilmirsən. Məhz buna görə hər anın dadını çıxarmaq lazımdır. Rəqabət aparmaq vaxtıdırsa, rəqabət aparırsan. Zövq almaq vaxtıdırsa, bundan həzz alırsan. Ailəyə vaxt ayırmaq lazımdırsa, vaxtını onlarla keçirirsən.
Məşqçiliklə bağlı bütün rəqabətə, təzyiqə və tələblərə baxmayaraq, gördüyüm işdən zövq almağa çalışıram. Daim inkişaf edən bir klubdayıq və üzərimdə böyük məsuliyyət var. Mən bu günə köklənmişəm. Adətən gələcək haqqında həddindən artıq düşünmək heç bir nəticə vermir".