Fabreqas: “Morata ilə dost deyilik”

15.08.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Komo”nun baş məşqçisi Sesk Fabreqas komandanın yeni transferi Alvaro Morata haqda danışıb.

Futbolbress.az xəbər verir ki, AS nəşrinə danışan mütəxəssis vaxtilə İspaniya millisində və “Çelsi”də birgə çıxış etdiyi Morata ilə bağlı bunları deyib:

“Morata ilə danışmalıyam. O, bir müddətdir fərdi məşqlər edir. Onunla dost deyilik. Yaxşı münasibətimiz var, ancaq indi mən məşqçi, o futbolçudur. Artıq dost deyilik. Morata fədakar biridir və komandaya faydalı olacağına inanıram”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью