Fabreqas PSJ ilə oyundan qorxur: “Bu barədə düşünsəm, yata bilmərəm”

05.11.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

İtaliyanın “Komo” futbol komandasının baş məşqçisi Sesk Fabreqas UEFA Çempionlar Liqasında PSJ ilə keçiriləcək qarşılaşma barədə hələlik düşünmək istəmədiyini etiraf edib.

İdman.Biz “Foot Mercato” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Liqa mərhələsinin dördüncü turunda Fransanın “Lans” komandası üzərində 9:1 hesablı qələbədən sonra Paris təmsilçisi ilə qarşıdakı oyunu zarafatla şərh edib.

“Biz mövqeyimizi tədricən möhkəmləndirməliyik. PSJ ilə qarşılaşacağımızı artıq unutmuşam. Çünki bu barədə düşünməyə başlasam, yata bilməyəcəyəm”, - deyə Fabreqas “Canal+” telekanalına açıqlamasında bildirib.

Böyükhesablı qələbəyə baxmayaraq, baş məşqçi futbolçularını sakit olmağa və əldə etdikləri nəticəni həddindən artıq şişirtməməyə çağırıb:

“Bu, “Komo”, azarkeşlərimiz və karyeralarına yeni başlayan çoxsaylı gənc futbolçularımız üçün möhtəşəm axşam idi. Ancaq təvazökar olmalı və çalışmağa davam etməliyik. Belə oyunlardan da dərs çıxarmalıyıq”.

Dörd turdan sonra “Komo” Çempionlar Liqasının ümumi turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Fabreqasın komandası turnirin son iki turunda PSJ və İspaniyanın “Barselona” komandası ilə qarşılaşacaq. Oyunlar müvafiq olaraq 2027-ci il yanvarın 20-də və 27-də keçiriləcək.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью