Fabreqas yeni klubu çalışdıracaq?

23.04.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Komo"nun baş məşqçisi Sesk Fabreqasın gələcəyi ilə bağlı planları bəlli olub. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

37 yaşlı mütəxəssis İtaliyanın TOP klublarından və Almaniyanın "Leyptsiq"indən təklif alıb. Lakin o, "Komo"da qalmağa qərar verib. Fabreqas artıq yay transfer pəncərəsi üçün işlərə də başlayıb. 

Qeyd edək ki, İspaniyalı baş məşqçinin çalışdırdığı "Komo" hazırda İtaliya A Seriyasının turnir cədvəlində 39 xalla 13-cü yerdədir. O, İtaliya komandasına ötən ilin yayında təyin olunub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью