Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransesk Fabreqasla bağlı növbəti iddia ortaya atılıb.
"Football-plus.az" xəbər verir ki, bir neçə gün əvvəl onun “Komo”dakı fəaliyyətini davam etdirəcəyi haqda xəbər yayılmışdı. Lakin “Sky Sport” ispaniyalı mütəxəssisin İtaliyanın digər klubuna keçə biləcəyini xəbər verib. Onun xidmətində “Roma” rəhbərliyi maraqlıdı.
Bilindiyi kimi, Klaudio Ranyeri mövsümün sonunda komandanı tərk edəcək.
“Roma”nın baş məşqçi vəzifəsinə digər namizədlər isə Françesko Farioli (Ayaks), Patrik Vieyra (Cenoa) və Stefano Pyolidi (Əl-Nəssr).