Fabrikdə yanğın 8 ölü, 35 yaralı

26.09.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün səhər saatlarında Misirin şimalında yerləşən əl-Ğarbiyyə qubernatorluğunun əl-Mahallə əl-Kubra rayonunda geyim fabrikində baş verən yanğın nəticəsində 8 nəfər ölüb, 35-i xəsarət alıb.

Avtosfer.az Misirin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdiriliblər.

Şahidlərin bildirdiyinə görə, yanğın təzyiqin artması nəticəsində fabrikin qazanlarının partlaması ilə başlayıb. Nəticədə fabrikin binasında dağıntılar və çökmə baş verib.

Zərərçəkənlərin sayının artacağı ehtimal olunur. Mülki müdafiə qüvvələri axtarış işlərini davam etdirirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью