Fabrikdən 50 kilo qızılla qaçdılar

04.11.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Beş silahlı quldur Fransanın Besanson şəhərindəki zərgərlik fabrikindən 50 kq-a qədər qızıl oğurlayıb.

"Cebheinfo.az" xəbər verir ki, "FranceInfo" bu barədə 3 noyabrda mənbələrə istinadən məlumat yayıb.

"Noyabrın 3-də səhər tezdən Besansonun Temis rayonundakı zərgərlik fabrikində silahlı soyğunçuluq törədilib. Beş kişi fabrikə daxil olub. Cinayətkarlar uzun tüfənglərlə silahlanıblar, balaklava və güllə keçirməyən jilet geyiniblər. Onlar 20-50 kq arasında qızıl, eləcə də zərgərlik əşyaları ilə qaçıblar", - deyə məlumatda bildirilir.

Cinayətkarların bir neçə dəfə atəş açdığı və şirkətin işçilərindən birini vurduğu bildirilir. Təqibin qarşısını almaq üçün cinayətkarlar yola mıxlar səpələyiblər və bu mıxlar motosikletin və polis maşınının təkərlərini deşib.

Telekanalın məlumatına görə, quldurların yanmış avtomobili sonradan tapılıb. Cinayətlə bağlı cinayət işi açılıb və istintaq Mütəşəkkil və ixtisaslaşmış cinayətkarlıqla mübarizə şöbəsinə həvalə edilib. 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью