Fabritsio Romano yayılmış xəbəri təkzib etdi

29.03.2025

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tanınmış italyan jurnalisti və insayderi Fabritsio Romano "Əl-Nasr"ın hücumçusu Kriştiano Ronaldo və "İnter Mayami"nin hücumçusu Lionel Messinin bir klubda birləşə biləcəyi ilə bağlı məlumatı təkzib edib. Sport24.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib:

"Ronaldo qısamüddətli müqavilə əsasında Messi ilə birgə klublararası dünya çempionatında "İnter Mayami"nin formasını geyinəyəcyi xəbər doğru deyil. Bu hekayə həqiqəti əks etdirmir".

Qeyd edək ki, klublararası dünya çempionatı bu yay ABŞ-da təşkil olunacaq və iyunun 14-dən iyulun 13-dək davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью