Facebook bu mahnıların müşayiəti ilə yaradılıb

06.02.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq "Spotify" platformasında maraqlı paylaşım edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, "Facebook"u yaradarkən dinlədiyi mahnıların siyahısını yerləşdirib.

Məhz bu 5 mahnının müşayiəti ilə 2004-cü ildə dünyanın ən böyük sosial şəbəkələrindən biri "doğulub".

Zukerberqin "Facebook"un 22 illiyi ilə bağlı paylaşımındakı mahnıların siyahısı bunlardır:

"Headstrong" ("Trapt" qrupu), "Like a Stone" ("Audioslave" qrupu), "The Reason" ("Hoobastank" qrupu), "İn The End" (Linkin Parkın ifasında), "Harder, Better, Faster, Stronger" ("Daft Punk" qrupu).

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью