Facebook” çökdü Minlərlə istifadəçi eyni problemlə üzləşdi

19.07.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Facebook" sosial şəbəkəsinin fəaliyyətində nasazlıq müşahidə olunub.

"Yeni Sabah" xəbər verir ki, bəzi istifadəçilər hesablarına daxil olmağa çalışarkən sistemin cavab vermədiyini və giriş prosesində problem yarandığını bildiriblər.

Məlumata görə, nasazlıq qlobal miqyasda genişmiqyaslı çökmə kimi qeydə alınmasa da, müxtəlif ölkələrdən istifadəçilər giriş zamanı yönləndirmə xətası ilə qarşılaşıblar. pizza sifarişi

Problemlə üzləşən istifadəçilərin ekranında "Hesaba müvəqqəti olaraq giriş mümkün deyil. Saytdakı nasazlıq səbəbindən hazırda hesabınıza daxil olmaq olmur. Problemin qısa müddətdə aradan qaldırılacağı gözlənilir. Bir neçə dəqiqə sonra yenidən cəhd edin" məzmununda xəbərdarlıq göstərilib.

Hələlik "Meta" şirkəti baş verən nasazlıqla bağlı rəsmi açıqlama verməyib.

Əsmətxanım Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью