Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda “Facebook”, “TikTok” və digər sosial media platformalarından geniş istifadə olunur.
Xüsusilə jurnalistlər arasında “Facebook” əsas informasiya mübadiləsi və xəbər paylaşım vasitələrindən biri hesab edilir.
Lakin son zamanlar bir sıra xoşagəlməz hallar yaşanır. Məsələn, jurnalist feysbukda "Baş nazir həkimlərin maaaşı ilə bağlı qərar imzaladı" b
Səbəb kimi guya təhqir, zorakılıq, cinsi istismar və ya digər qayda pozuntularını göstərir.
Hesabın bərpası isə müəyyən vaxt tələb edir və iş prosesini ləngidir. Platforma üzərindən edilən şikayət isə nəticə vermir.
Bu problemlər fonunda belə bir sual meydana çıxır: Azərbaycanda vətəndaşların rahat müraciəti üçün “Facebook” və "TikTok" kimi platformaların rəsmi nümayəndəliyinin yaradılması mümkündürmü?
Mövzu ilə bağlı Redaktor.az informasiya texnologiyaları üzrə ekspert Natiq Məmişovun fikirlərini öyrəndi.