Facebook faktyoxlamanı və senzuranı dayandırır Dezo çoxalacaq? | Icma.az
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Meta-nın baş icraçı direktoru Mark Zukerberq çərşənbə axşamı şirkətin moderasiya siyasətində və praktikasında böyük dəyişikliklər elan edib.
O, bu qərarı dəyişən siyasi və sosial mühit, eləcə də ifadə azadlığına daha çox önəm vermək istəyi ilə əlaqələndirib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, Zukerberq bildirib ki, Meta etibarlı tərəfdaşlarla həyata keçirilən fakt-yoxlama proqramını dayandıracaq və bunu X (əvvəlki Twitter) platformasındakı "Community Notes” sisteminə bənzər bir icma əsaslı sistemlə əvəz edəcək.
SİYASİ MƏZMUN ÇOXALACAQ Şirkət, həmçinin siyasi mövzularla bağlı məzmun moderasiya siyasətində dəyişikliklər edəcək və istifadəçi lentlərində siyasi məzmunun azalması ilə bağlı əvvəlki qərarları ləğv edəcək.
Bu dəyişikliklər dünyanın ən böyük sosial media platformalarından olan Facebook və Instagram, həmçinin Threads platformasına təsir edəcək.
"Biz əvvəlki ənənələrimizə qayıdaraq səhvlərin azaldılmasına, siyasətlərin sadələşdirilməsinə və platformalarımızda ifadə azadlığının bərpasına diqqət yetirəcəyik,” Zukerberq video müraciətində bildirib.
"Xüsusilə, ABŞ-dan başlayaraq fakt-yoxlama sistemini ləğv edib, bunun əvəzinə X-dəki "community notes” sisteminə bənzər bir mexanizm tətbiq edəcəyik.” Zukerberq seçkilərin bu qərara təsir edən əsas səbəblərdən biri olduğunu qeyd edib və hökumətləri, eləcə də "ənənəvi medianı" "getdikcə daha çox senzura tələbi irəli sürməkdə” ittiham edib.
Tam oxu
Xəbəri oxu