Facebook son bir ildə Azərbaycandakı bazar payının 42 % ni itirib

02.04.2026

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ilin mart ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "YouTube"un bazar payı 28,69 % təşkil edib.

 "Statcounter" agentliyinin  məlumatına görə, bu, əvvəlki aya nisbətən 4,57 faiz bəndi, 2025-ci ilin mart ayının göstəricisi ilə müqayisədə 14,16 faiz bəndi çoxdur.

İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 11,03 faiz bəndi azalaraq, il ərzində isə 18,68 faiz bəndi artaraq 26,32 % təşkil edib. Beləliklə onun payı illik ifadədə 42 % azalıb.

Növbəti yerdəki "Instagram"ın bazar payı ay ərzində 2,28 faiz bəndi artaraq, illik isə 20,28 faiz bəndi azalaraq 19,01 % təşkil edib.

Dördüncü pillədəki "Pinterest"in bazar payı aylıq 0,88 faiz bəndi, illik müqayisədə isə 4,15 faiz bəndi azalaraq 8,69 % təşkil edib.

İlk beşliyi 7,77 %-lik bazar payı ilə "X" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 2,56 faiz bəndi, illik müqayisədə isə 1,86 faiz bəndi artıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью