Facebook un Azərbaycandakı bazar payı azalıb

04.06.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ilin may ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "YouTube"un bazar payı 33,52 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi xəbərə görə, bu, aprel ayına nisbətən 6,25 faiz bəndi çoxdur, 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 3,57 faiz bəndi azdır.

İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 8,34 faiz bəndi azalaraq, il ərzində isə 5,3 faiz bəndi artaraq 20,49 % təşkil edib. Beləliklə onun payı təkcə son 3 ayda 45 % azalıb.

Növbəti yerdəki "Instagram"ın bazar payı ay ərzində 0,22 faiz bəndi artaraq, illik isə 5,68 faiz bəndi azalaraq 18,49 % təşkil edib.

Dördüncü pillədəki "X"ın bazar payı aylıq 1,67 faiz bəndi, illik müqayisədə isə 0,96 faiz bəndi artaraq 8,29 % təşkil edib.

İlk beşliyi 7,97 %-lik bazar payı ilə "Pinterest" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 2,46 faiz bəndi, illik müqayisədə isə 2,93 faiz bəndi azalıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью