Facebook və Instagram senzuranı asanlaşdırır

08.01.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Söz azadlığını" bərpa etmək üçün "Meta"nın moderasiya siyasətində əsaslı dəyişikliklər ediləcək.

Bizimyol.onfo xəbər verir ki, bu barədə Mark Zukerberq bildirib. O gözlənilən dəyişikliklərin nələrdən ibarət olacağını da açıqlayıb.

Gözlənilən dəyişikliklərin siyahısı:

Fakt yoxlaması "İcma qeydləri" ilə əvəzlənəcək - istifadəçilər məzmunu özləri yoxlaya biləcəklər.İmmiqrasiya və gender mövzularına qoyulan məhdudiyyətlər aradan qaldırılır.Siyasi məzmun daha çox olacaq, əlavə olaraq onu “fərdiləşdirmək” mümkün olacaq.Meta əsas diqqəti narkotiklər, terrorizm, uşaq istismarı kimi “qanunsuz və ciddi pozuntularla” mübarizəyə yönəldəcək.

Meta həmçinin “ABŞ şirkətlərini hədəf alan və senzuranı artıran dünya hökumətləri ilə üzləşmək” üçün Donald Trampla işləmək niyyətindədir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью