Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Məşhur sosial şəbəkələr “Facebook” və “Instagram”da böyük bir fasilə yaranıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Downdetector” portal məlumat verib.
Məlumata görə, dünyanın hər yerində “Facebook” və “Instagram”ın işində fasilələr olduğu bildirilir.
İstifadəçilər hesablarına daxil olmaq, lentləri yeniləmək və mesaj göndərmək zamanı problemlə qarşılaşırlar.
Platformalara giriş zamanı ekranda “Hesab müvəqqəti olaraq əlçatan deyil” xəbərdarlığı görünür.
Bu mesajın altında isə “Saytdakı problemlə əlaqədar hesabınıza hazırda daxil olmaq mümkün deyil. Ümid edirik ki, bu problem tezliklə həll olunacaq. Zəhmət olmasa, bir neçə dəqiqədən sonra yenidən cəhd edin”.
Masaüstü versiyaları ilə bağlı daha çox şikayət var. Mobil versiyalar isə daha sabitdir.
Problemin səbəbləri hələ də məlum deyil.