“Facebook”da status yazmaqdan vaxtları qalmır” DİM sədri

23.05.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ekspertlərə müraciət edirəm, buyurun gəlin yoxlanış mərhələsində iştirak edin, qiymətləndirin”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, prosesdə iştirak etmək üçün isə sınaqdan keçməlidirlər. Bu zaman tapşırıqlar verilir, bilikləri yoxlanılır. 

“Siz hansısa fənn üzrə müəllimsiniz. Buyurun, gəlin, həmin sınaqlarda iştirak edin. Ondan sonra da qiymətləndirmə aparın. Amma biz onları proseslərdə görmürük. “Facebook”da status yazmaqdan vaxtları qalmır”. 

Mina Cavidqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью