Icma.az, Yenisabah saytına istinadən bildirir.
“Facebook” istifadəçilərinin şəxsi şəkil və videolarına icazəsiz daxil olduğu üçün “Meta” şirkəti İtaliyada 805 milyon avro cərimələnib.
“Yeni Sabah” xəbər verir ki, İtaliyanın Məlumatların Mühafizəsi İdarəsi şirkətə qarşı bu qərarı şəxsi məlumatların qorunması qaydalarının pozulmasına görə verib. Araşdırma zamanı məlum olub ki, “Facebook” tətbiqi Android əməliyyat sistemi ilə işləyən telefonlarda istifadəçilərin foto və video qalereyasına onların açıq razılığı olmadan daxil olub.
İtaliyanın Məlumatların Mühafizəsi İdarəsinin (Garante della Privacy) açıqlamasına görə, cərimə “Meta”nın İrlandiyada yerləşən şirkətinə tətbiq edilib. Qərar 2023-cü ildən istifadəyə verilən “Facebook-da gəzərkən qalereyadan təkliflər al” adlı funksiya ilə bağlıdır. Bu funksiya vasitəsilə İtaliyadakı Android istifadəçilərinin telefonlarında saxlanılan fotoşəkillərə, videolara və onlarla əlaqəli məlumatlara xüsusi icazə alınmadan daxil olunub. Üstəlik, istifadəçilərə bu barədə kifayət qədər məlumat verilməyib. İdarə “Meta”ya sözügedən funksiyanı 60 gün ərzində dayandırmağı da tapşırıb. Bakıda online alış-veriş
Araşdırmaya 2025-ci ilin iyulunda Bolzano İstehlakçı Hüquqlarının Müdafiəsi Mərkəzinin müraciətindən sonra başlanılıb. Cərimənin məbləği müəyyən edilərkən İtaliyada təxminən 20 milyon Android istifadəçisinin olması, qayda pozuntusunun nə qədər davam etməsi, şirkətə 2019-cu ildə də tədbir görülməsi və araşdırma zamanı əməkdaşlıq səviyyəsi nəzərə alınıb.
Açıqlamada bildirilib ki, 805 milyon avroluq cərimə “Meta” şirkətlər qrupunun dünya üzrə illik gəlirinin təxminən 0,47 faizinə bərabərdir.