Faciə: Futbolçunu ildırım vuraraq öldürdü VİDEO

04.11.2024

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Peruda futbol matçı zamanı dəhşətli faciə baş verib. 

Fanat.Az "The Sun"-a istinadən xəbər verir ki, hadisə Peruda "Juventud Bellavista" və "Familia Ciocca" komandaları arasında keçirilən oyun zamanı yaşanıb.

39 yaşlı futbolçu Xose Hüqo ildırım vurması nəticəsində ölüb. Hakim bundan bir qədər əvvəl, 23-cü dəqiqədə güclü tufan səbəbindən matçı dayandırıb və komandalar paltardəyişmə otağına yollanan zaman Xoseni ildırım vurub. 

Digər zərərçəkmiş qapıçı Xuan Çiokka Lakta isə ciddi yanıq xəsarətləri alıb və xəstəxanaya çatdırılıb. Bundan başqa, daha beş nəfər də yaralanıb. Onların hamısının vəziyyəti stabildir.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью