Faciə qurbanı olan Emil hərbi xidmətdən yeni gəlibmiş

21.11.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Bakıda Emil Cəmil oğlu Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyev elektrik cərəyanı vurması nəticəsində həlak olublar.

"Unikal" qaynarinfo-ya istinadla bildirir ki, dünyasını dəyişənlərdən biri Emil Quliyev Hacıqabul rayonun Axtaçı-Şirvan kəndindəndir.

Bir müddət əvvəl hərbi xidmətdən gələn Emil Quliyev bir neçə gün əvvəl işləmək üçün Bakıya gəlib. 

Binəqədi rayonu Biləcəri qəsəbəsində "Lake Hotel” restoranına ofisant kimi işə düzəlibmiş.

Qeyd edək ki, rəsmi məlumatlarda həlak olanlardan biri Cəmil Quliyev kimi təqdim olunub. Amma əslində o, Emil Quliyevdir və Cəmil həmin şəxsin atasının adıdır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью