Faciədə ölənlərin sayı 27 yə yüksəldi

22.07.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Banqladeşin paytaxtı Dəkkədə Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin məktəb kampusuna düşməsi nəticəsində həyatını itirənlərin sayı artıb. 

"Cebheinfo.az" xəbər verir ki, "Dhaka Tribune" qəzetinin məlumatına görə, Banqladeş Hava Qüvvələrinə aid F-7 tipli hərbi təlim təyyarəsi Dəkkənin Uttara bölgəsində qəzaya uğrayıb. Nəticədə ölənlərin sayı 27-yə çatıb. 

Rəsmilər bildirib ki, həyatını itirənlərdən 25-i uşaqdır. Bundan əlavə, 78 nəfər yaralanıb və xəstəxanalarda müalicə alır. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью