Faciəli ölüm: Qarabağ qazisi su quyusuna düşdü

25.11.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Tərtər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun İsmayılbəyli kəndində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Nağıyev Məhəmməd Böyükağa oğlu yaşadığı evin həyətində yerləşən su quyusuna düşərək boğulub.
Meyit Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, M.Nağıyev Birinci Qarabağ Müharibəsi iştirakçısı olub.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью