“Faciəli yanğından dərin kədər hissi keçiririk”

27.11.2025

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Xarici İşlər Nazirliyi dünən Honqkonqda yaşayış kompleksində baş verən güclü yanğınla bağlı başsağlığı verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Honqkonqda baş verən və çox sayda insanın ölümünə, eləcə də yaralanmasına səbəb olan faciəli yanğından dərin kədər hissi keçiririk. Qurbanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik”, - paylaşımda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью