Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq. Misli premyer- liqasının 12-ci turu “Şamaxı” üçün uğursuz oldu.
Evdə “Zirə”yə uduzan “şirlər” artıq 5 oyundu qələbəyə həsrətdi.
Halbuki mövsümün əvvəlində ardıcıl uğurlu oyunlardan sonra onları Avropada görənlər də var. Görəsən, komanda hansı problemlə üzləşib?
Baş məşqçi Ayxan Abbasovun yeni transferlərə ehtiyac olması ilə bağlı fikirləri nə dərəcədə düzgündü?
Bu sualları “şirlər”in baş meneceri Kamran İsmayılova ünvanladıq: “Komanda daxilində heç bir problem yoxdu. İşimizi davam etdiririk.
Üç oyunda avrokuboklara vəsiqə üçün oynayan komandalara məğlub olmuşuq. Bu ərəflərdə zədəli və cəzalı futbolçularımız var idi.
Heyətimiz o qədər də geniş deyil. Bu məqamların hər biri təsir göstərdi. Yolumuza davam edirik.
Bu mövsüm komandanın məqsədi premyer-liqada qalmaqdı. Faciəvi heç bir hadisə baş verməyib. Sözsüz, kiçik bir eniş zolağımız var.